4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

AMADA "Qarabağ"ın aşağı yaş qrupları üçün maarifləndirmə seminarı keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Qarabağ" klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq mövzusunda maarifləndirmə seminarı təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə gənc futbolçulara qadağan olunmuş maddələr və üsullar, dopinq nəzarəti prosesi, eləcə də təmiz və ədalətli idman prinsipləri barədə ətraflı məlumat verilib.

İştirakçılara 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələbləri, test prosedurları və mümkün intizam sanksiyaları izah edilib. Görüş zamanı idmançıların hüquq və öhdəlikləri, ciddi məsuliyyət prinsipi və terapevtik istifadə üçün istisnalar diqqətə çatdırılıb. Eyni zamanda narkotik vasitələrin istifadəsinin sağlamlığa, karyeraya və şəxsi həyata mənfi təsirləri real nümunələr əsasında şərh olunub.

Qeyd edək ki, seminarın əsas məqsədi gənc idmançılarda erkən yaşlardan düzgün dəyərlər formalaşdırmaq və onları mövcud risklərdən qorumaqdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31