Ölkə futbolu
Rebrov: “Azərbaycan milisi İslandiya ilə oyundakı kimi deyildi”
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Azərbaycanla oyunda qeydə alınan heç-heçə (1:1) barədə danışıb.
Futbolxeber.az saytının məlumatına görə, o, Bakıda keçirlən DÇ-2026-nın D qrupunun 2-ci turundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunu necə qiymətləndirirsiniz? Ukrayna millisində nə alınmadı?
- Sadəcə, qələbə qazanmaq alınmadı və kifayət qədər qol imkanları yarada bilmədik. Cərimə meydançasına uzun ötürmələri yalnız son 15 dəqiqədə etməyə başladıq. Bunu daha tez gerçəkləşdirmək lazım idi. Başa düşürəm ki, rəqibin beş müdafiəçinə qarşı oynamaq çətin idi.
- Azərbaycan millisi oyunu ilə sizi nə ilə təəccübləndirdi? Yəqin onlardan belə bir oyunu çox da gözləmirdiniz. Niyə bu gün qələbə qazanmaq mümkün olmadı?
- Birincisi, belə meydançada epizodlar yaratmaq üçün çox ağır idi. İkincisi, rəqib tamamilə başqa cür oynadı. Bu, İslandiyaya qarşı oyun kimi deyildi. Onlar çox sıx oynadılar və heç bir zona vermədilər. Biz daha çox cərimə meydançasına top göndərməli və daha çox imkan yaratmalı idik. Amma təəssüf ki, bacarmadıq.
- Qapımıza penalti təyin olunmadı, amma sonra Zinçenkonun əlinə toxunmaya görə penalti verildi. Bu, oyuna təsir etdi? (ukraynalı jurnalistin sualı - red.)
- Bəli, bizə penalti verildikdə oyunumuz pozuldu. Amma əgər 3-cü dəqiqədə rəqib qapısına penalti verilmirsə, düşünmürəm ki, bu, oyunumuzu dəyişərdi. Hakimin qərarıdır, VAR-da yoxladılar, mən bunu şərh edə bilmərəm.
- Bu gün iki hücumçu ilə oynamaq variantını nəzərdən keçirmişdinizmi və niyə bundan imtina etdiniz?
- İslandiya da Azərbaycanı 5:0 hesabı ilə bir hücumçu ilə məğlub etmişdi. Dünən İspaniya da Türkiyəni 6:0 hesabı ilə bir hücumçu ilə uddu. Məncə, burada önəmli olan hücumçuların sayı deyil, oyunçuların funksiyalarıdır. Mən deməzdim ki, biz bir hücumçu ilə oynadıq. Çünki hücum xəttində üç futbolçumuz var idi.
- Razısınızmı ki, belə bir oyunda Ukrayna millisinin Andrey Yarmolenkoya ehtiyacı oldu?
- Yarmolenkonun mövqeyində iki futbolçu zədələndi. Təəssüf ki, biz bunu nəzərə almamışdıq. Əgər belə bir vəziyyət olacağını bilsəydim, Yarmolenkonu dəvət edərdim.
- Hesab 1:0 olanda və bizə qol lazım olanda, son üç həftədə cəmi 15 dəqiqə oynamış Vanat meydanı tərk etdi. Niyə?
- Çünki bizə qol lazım idi, amma həkim dedi ki, o, müəyyən narahatlıq hiss edir, buna baxmayaraq, oynamağa razılıq verib. Bizə isə oyunda intensivlik lazım idi. Əgər oyunçu narahatlıq hiss edirsə, onun 100 faiz güc göstərməsi çətin olur.
- Qarşıda oyunlarımız var. Siz anlayırsınız ki, artıq səhv etmək haqqımız yoxdur və bu oyunlar bizim üçün çətin olacaq?
- Mən bunu bu oyundan əvvəl də anlayırdım. Amma futbol belə bir oyundur. Belə müdafiəni sındırmaq çətindir, xüsusilə də bu cür meydançada. Mən futbolçulara dedim ki, artıq növbəti oyunu düşünmək lazımdır, çünki xal itirmək şansımız qalmayıb.
- Bu oyundan sonra özünüzü necə hiss edirsiniz?
- Çox məyus oldum, çünki qələbə qazanmadıq və kifayət qədər imkan da yarada bilmədik.
- Azarkeşlərinizə nə demək istəyərsiniz?
- Səbirli olsunlar və növbəti oyunu gözləsinlər. Biz qələbə üçün əlimizdən gələni edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
04.10.2026
03.10.2026
02.10.2026
























