4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ"ın yeni transferi: "Möhtəşəm qələbə ilə başladıq"

"Qarabağ"ın yeni transferi Pedro Bikalyo Ağdam klubunda rəsmi debütü ilə bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi instaqram səhifəsindəki paylaşımında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la ilk oyunu (3:0) barədə yazıb:

"Əla başlanğıc. "Qarabağ" forması ilə ilk matçımı keçirmək şərəfinə nail oldum. Ən əsası, əla qələbə ilə başladıq. Komandama töhfə verməkdən və yeni yolda bu ilk addımı atmaqdan məmnunam. Biz diqqətimizi cəmləyirik, çox çalışırıq və həmişə daha çoxunu istəyirik. Gəlin birlikdə irəliləyək".

Qeyd edək ki, Bikalyo "Qarabağ"la 3+1 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31