Ölkə futbolu
Emil Balayev: “Baş məşqçimiz qapıçını oyunçu kimi belə meydana buraxsa...”
"Neftçi”nin qapıçısı Emil Balayev Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Bizim üçün çətin səfər oyunu idi. “Şamaxı” həqiqətən də yaxşı kollektivdir. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar da burada çox xal itiriblər. Əzmkar oyunçularla seçilən kollektivdir “Şamaxı”. Bu səbəbdən də matça çox ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətimizdə zədəli oyunçular çoxdur. Məsuliyyəti hər bir futbolçu dərk edirdi. Baş məşqçimiz qapıçını oyunçu kimi belə meydana buraxsa, qələbə üçün canımızı qoyarıq. Hər oyunçu əzmkarlığı, istəyini meydançada qoydu. Şükürlər olsun ki, qələbə qazandıq.
- Bir neçə turdan sonra sizi yenidən start heyətində gördük...
- İlyarımlıq zədədən sonra bir neçə matçda meydana çıxmışdım. Lakin bu, ilk “quru” oyunum idi. Əvvəlki matçlarda qapımda qol görmüşdüm, bu dəfə isə rəqibin fərqlənməsinə imkan vermədik. Sevinirəm ki, oyun bu cür sonluqla bitdi. Komandada 30 futbolçu varsa, hər biri meydana çıxa bilər. Kimə şans verilsə, əlindən gələni etməli, yaxaladığı fürsəti dəyərləndirməlidir.
- Qeyd etdiyiniz kimi, heyətdə zədəli futbolçular çoxdur. Qarşıda isə “Neftçi”ni “Zirə”, “Qarabağ” və “Sabah”la oyun gözləyir. Bu çətin qrafikə komanda nə dərəcədə hazır olacaq?
- Bu, psixoloji cəhətdən bizə təsir etməli deyil. Biz “Neftçi”yik, nəyisə səbəb kimi göstərmək olmaz. Rəqibin kimliyi önəm daşımır. Təbii ki, heç kim zədədən sığortalanmayıb. Ona görə də qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Hər futbolçu məsuliyyəti dərk edir. Ola bilər taktiki, texniki cəhətdən hansısa səhv olsun, lakin həmin çatışmazlığı istək, əzmkarlıq, mübarizliyin sayəsində sığortalamalıyıq.
- Matçdan sonra azarkeşlərlə dialoqunuz oldu. Nə barədə danışırdınız?
- İlk növbədə azarkeşlərə təşəkkürümü bildirdim, səfərdə oynasaq da, onların sayəsində özümüzü evdəki kimi hiss etdik. Söhbət etdik. Hamımız - azarkeşlər də, futbolçular da başa düşürük ki, “Neftçi” həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparıb. Biz də istəyirik ki, komanda yüksək nəticələr qazansın, Avropaya yollansın. Şanslarımız bitməyib. Hər şeyi edəcəyik ki, istəyimizə çataq.
- “Sabah” və “Turan Tovuz”un ardıcıl xal itkiləri “Neftçi”ni dördüncü yeri tutmağa ümidləndirib?
- Bəli, riyazi olaraq şansımız var. Lakin indiki məqamda gələcək oyunları deyil, yalnız hər növbəti matça köklənməliyik. Qismət Allahdan. Biz beynimizdə bilməliyik ki, hədəfimiz var və əlimizdən gələni etməliyik ki, ona çataq. İnanıram ki, “Neftçi” cameəsinin hər bir üzvü bunu dərk edir.
- Çempionatdan şans qalsa da, əsas ümid kubokadır. “Sabah”la cavab matçında geridönüş etmək mümkün olacaq?
- Dediyim kimi, biz yalnız hər növbəti matçı düşünürük. İndi kubok barədə düşünmürük. Qarşıda bizi “Zirə” ilə çətin çempionat oyunu gözləyir. Bütün fikrimiz yalnız həmin matçdadır.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
17.09.2026
16.09.2026
























