Ölkə futbolu
Julio Romao: “Bundan sonra “Qarabağ”a başqa cür baxmağa başladılar”
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao ölkəsinin “Globo” nəşrinə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, həmyerlilərinə komanda yoldaşı Juninyonun Braziliyanın “Flamenqo” klubuna mümkün transferi barədə danışan futbolçu Azərbaycan çempionatı və digər məsələlər barədə də məlumat verib.
“Juninyo bu gün Braziliya futbolundakı bir çoxlarından fərqli mərkəz hücumçusudur. Adətən bir sırf qol vuran, bir də daha hərəkətli, çox sürətli hücumçular olur. Nadir hallarda hücumçularda bunların hər ikisi cəmləşir ki, Juninyo da belələrindəndir. Onun çox qol vurmasının səbəbi sürətidir. Sürətli hərəkətləri, ötürmə üsulu inanılmazdır. Adətən mərkəz hücumçuları bunu etmir. Təəccüblü deyildi ki, “Flamenqo” və “Sevilya” kimi böyük klublar onunla maraqlanır. Əvvəl bizim nəzərimizdə “Qarabağ”ın oyunçusuna belə klubların diqqət etməsi mümkün deyildi. Əminəm ki, niyə arxasınca gəldiklərini göstərəcək. O, əla oyunçudur. Fərdi oyuna və ya fərqli bir hərəkətə ehtiyac duyduğumuz zaman, matçın taleyini həll edə bilər. Düşünürəm ki, sürətindən istifadə edərək çoxlu qollar vuracaq. Braziliyada onun kimi oyunçular çatışmır”.
27 yaşlı yarımmüdafiəçi qeyd edib ki, “Qarabağ” ardıcıl çempionluqlar yaşasa da, yerli çempionat onlar üçün o qədər də asan keçmir: “Gələndə dedilər ki, oyunlar çox ağır keçir. “Qarabağ” uzun illərdir çempion olur. Çünki baş məşqçimiz çoxdandır ki, klubun fəlsəfəsini saxlayır, klubu az oyunçu tərk edir. Bu da komandanın öz performansını qoruyub saxlaması deməkdir. Amma liqa çətindir. Çünki rəqiblər bizə qarşı başqa cür hazırlaşırlar. Avropa Liqasında komandalar ya bizimlə eyni səviyyədə, ya da bir az yüksəkdə olurlar. Azərbaycanda isə komandalar oyunu daha çox müdafiədən qurur. Bu da bizim işimizi çətinləşdirir. Çox çətin oyunlar olur. Rəqiblər artıq bizi yaxşı tanıyırlar”.
Romao Avropa Liqasında ötən mövsüm “Bayer”lə keçirdikləri oyunlara da toxunub: “Bayer”lə iki möhtəşəm oyun keçirdik və bundan sonra insanlar “Qarabağ”a başqa cür baxmağa başladılar. Bu oyunlardakı çıxışım hətta mənim üçün də sürpriz oldu. Gənc olanda topla daha çox oynayırdım, müdafiəyə meyilli yarımmüdafiəçi deyildim. Amma Portuqaliyada daha geridə oynamağa uyğunlaşmalı oldum və bu, “Qarabağ”dakı çıxışımda mənə çox kömək etdi”.
Romao Azərbaycandakı futbol mühiti haqda isə qeyd edib: “Azərbaycanda böyük oyunlarda stadionlar dolur. Amma təzyiq Braziliyadakı ilə müqayisə oluna bilməz. Burada daha çox məşqçi təzyiqi var. Rəhbərlikdən və azarkeşlərdən isə təzyiq çox deyil”.
Romao onu da bildirib ki, Juninyo “Flamenqo”ya keçsə, özünü sübut edə biləcək: “Juninyo təcrübəlidir, o, artıq Braziliya və Portuqaliyada oynayıb. “Qarabağ”dan “Flamenqo”ya onun üçün böyük sıçrayış olacaq və avtomatik olaraq ondan tələb də artacaq. Amma Juninyo necə davranacağını biləcək. Çünki çalışqan oğlandır. Sadəcə, gəlib bacardığını etməlidir. O, Braziliyada oynamağa hazırdır. Futbolçularla tanış olmaq və hazırlaşmaq üçün mövsümöncəsi vaxtı olacaq. Onun “Flamenqo”da yaxşı çıxış etmə ehtimalı çox yüksəkdir”.
2022-ci ildən “Qarabağ”da çıxış edən braziliyalı futbolçu Azərbaycana tam uyğunlaşdığını da əlavə edib. O, Azərbaycanın Avropanın bir çox ölkəsindən daha yaxşı olduğunu deyib: “Portuqaliya sakit, uyğunlaşmaq asan idi, eyni dildə danışırdım. Burada tamamilə fərqlidir. İnsanlar, mədəniyyət, iqlim... Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu. Məni çox yaxşı qarşıladılar. Əcnəbilər burada xoş qarşılanır. Gəlməzdən əvvəl qorxdum, amma Bakını tanıyanda çox bəyəndim. Görməli çox şey var. Mən artıq ailəmi gətirmişəm və hamı buranı bəyənir. Azərbaycan Avropadakı bir çoxlarından daha yaxşı ölkədir. Amma çoxları bunu bilmir. Təhlükəsizlik yüksək səviyyədədir. Şikayət edəcəyim heç bir şey yoxdur. Mən burada Azərbaycan dilində demək olar ki, danışmıram. Rus dilindən də istifadə edirlər, amma çox çətindir. İngiliscə çox ünsiyyət qururam, ingiliscəmi təkmilləşdirmişəm və bu gün tam olaraq danışa bilirəm. Klubda yaxşı ünsiyyət qururam, problemləri həll edirəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























