4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

“Sumqayıt”dan azarkeşlərə jest: 75 illik münasibəti ilə giriş biletsiz olacaq və fan-zona təşkil ediləcək

“Sumqayıt” azarkeşlərinə jest edib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Şamaxı" ilə qarşılaşmaya giriş biletsiz olacaq.

Bununla bağlı klubun mətbuat xidmətinin açıqlamasında deyilir ki, şəhərin 75 illik yubileyinə özəl olaraq "Şamaxı" ilə qarşılaşmaya giriş biletsiz olacaq: “Əziz "Sumqayıt" azarkeşi! Gəlin, şəhərimizin 75 illiyini birlikdə qələbəmizlə qeyd edək!”

Bundan başqa, “Şamaxı” ilə oyundan öncə matçın keçiriləcəyi Mehdi Hüseynzadə adına stadionun ərazisində fan-zona təşkil təşkil olunacaq: “Fan-zonada bir sıra maraqlı oyunlarda iştirak edə bilərsiniz”. 

Xatırladaq ki, noyabr 24-də Mehdi Hüseynzadə adına stadionda keçiriləcək “Sumqayıt” - “Şamaxı” matçı saat 19:00-da start götürəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31