9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Səbail” “Ərzurumspor” və “Hatayspor”la qarşılaşacaq

"Səbail” PFK-nın 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub.

Futbolxeber.az-ın klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Şahin Diniyevin rəhbərliyi altında iyunun  27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək.

“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq.

Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31