27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Minifutbol

Azərbaycan minifutbol çempionatı: 1/4 final cütləri müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Futboxleber.az saytının məlumatına görə, reqlamentə əsasən, ilk mərhələnin qalibi olan “Zirə” 8-ci yeri tutan “Aznur”la qarşılaşacaq. 15 turdan sonra ikinci olan “Birbaşa Bakı” 7-ci pillədə qərarlaşan “İnter”lə üz-üzə gələcək. İlk mərhələni üçüncü pillədə başa vuran “Odlar Yurdu” altıncı pillədə qərarlaşan “Abşeron”la münasibətlərə aydınlıq gətirəcək. Son 1/4 final cütündə isə 15 turdan sonra müvafiq olaraq 4 və 5-ci yerin sahibləri - “Real Bakı” - “Qalaksi” görüşəcək.

Bu mərhələnin ilk qarşılaşmaları aprelin 3-də, cavab matçları isə 1 həftə sonra oynanılacaq.

Yarımfinal cütləri isə belə formalaşacaq:

“Zirə” - “Aznur” cütünün qalibi /“Real Bakı” - “Qalaksi” cütünün qalibi

“Birbaşa Bakı” - “İnter” cütünün qalibi / “Odlar Yurdu” - “Abşeron” cütünün qalibi

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30