Ölkə futbolu
Qurban Qurbanov: "Zirə" çəkinmədi, müdafiədə oturmadı"
“Futbolçularımı təbrik edirəm. Dinamik, səbirli oyunla qalib gəldilər. Bir neçə gün rahat istirahət edə bilərlər. Onlar üçün darıxacam. Bilmirəm futbolçular mənim üçün darıxacaqlar, ya yox. Yanvarın 5-də yenidən görüşəcəyik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, komandasının ikinci hissədə nisbətən zəif təsir bağışlaması haqda bunları bildirib: “Tempi qoruyub-saxlamaq heç də asan deyil. Rəşad Sadıqov bu oyuna çox yaxşı hazırlaşmışdı. "Zirə" çəkinmədi, müdafiədə oturmadı. Bizim üçün heç də asan olmadı. İkinci hissənin sonlarına yaxın "Zirə" üstünlüyü ələ aldı”.
Qurbanov artıq 2-3 gündən sonra yenidən iş başında olacağını söyləyib: “İstirahət üçün vaxtım az olacaq. 2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur”.
Mütəxəssis Bakıda hazırlıq keçmələrinin komandası üçün mənfi nəticələri olmayacağıma ümid etdiyini vurğulayıb: “Vaxtımız azdır. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq”.
Qurban Qurbanov başa çatmaqda olan 2023-cü ili belə dəyərləndirib: “Uğurlu il keçdi. Məqsədimiz çempionatda yaxşı çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdilər. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda da gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz”.
İllərdir ən yaxşı məşqçi seçilən Qurbanov 2023-cü ilin ən yaxşı futbolçusu haqda düşünməli olduğunu qeyd edib: “Futbol elə oyundur ki, burada fərqli seçimlərin olmağı normaldır. Futbolçularım tapşırıqlarımı yerinə yetirsinlər, onda mənim gözümdə ən güclüdürlər. Namizəd olaraq isə bu barədə düşünmək lazımdır”.
“Qarabağ”ın çalışdırıcısı “Zirə” ilə matçda 90 dəqiqə forma geyən Bədavi Hüseynovun çıxışını belə dəyərləndirib: “Yaxşıya doğru gedir. Bəzən olurdu ki, oyunun gedişində dəyişirdik. Hazırda onun üçün çempionatın davam etməsi daha yaxşı olardı”.
Qurbanov son vaxtlar oyundan sonra təşkil olunan mətbuat konfransı uzun çəkməsinə belə münasibət bildirig: “Yəqin məni çox istəməyə başlamısınız (gülür). Yəqin son oyunlardı deyə. Xankəndidəki suallar çox olmalı idi. Bu gün istəyirsiniz uzun olsun, davam edə bilərik. Mənə ciddi təsir edən hansısa təndiq olmayıb. Yayda "Rakov"a məğlub olduqdan sonra tənqidlər oldu, transfer etmədiyimizlə bağlı fikirlər səslənirdi. Bir neçə oyunçunu satmağımızla bağlı müzakirə gedirdi. Bəzən kənardan baxanda fikir bildirmək asandı. Amma işin içində nələr olur onları bilmədən nəsə deyəndə fərqli olur. İstəmirəm komanda daxilində olan hadisələr kənara çıxsın. Daha böyük klub olmaq üçün risklərə getməliyik. Transfer bazarına girməliyik. Oyunçularımız ölkə xaricinə çıxmalıdır. Bazarda da aktiv olmalıyıq. Digər tərəfdən yerli çempionatda uğursuzluq oldu. Amma bunlar hər il olan şeydi. Buna hazır olmalıyıq. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
04.10.2026
03.10.2026
02.10.2026
























