2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

“Sumqayıt”ın nümayəndə heyəti Qətər klubunun rəhbərliyi ilə görüşüb

Qətərdə səfərdə olan “Sumqayıt” Futbol Akademiyasının nümayəndə heyəti yerli “Aspire” Akademiyasının rəhbərliyi ilə görüşüb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “Aspire” Futbol Mərkəzində baş tutan görüşdə “Sumqayıt” akademiyasının direktoru Hakan Sünalla “Aspire” Akademiyasının Futbol Departamentinin sədri Saeed Ali Al Marri arasında söhbət olub.

Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər və iki akademiya arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca müvafiq yaş qrupları arasında yoldaşlıq görüşləri keçirilib.

Qeyd edək ki, komandalar bu gün və noyabrın 8-də də yoxlama oyunları keçirəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31