4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən"

Belçika "Gent"inin baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının 1/8 finalında "Başakşehir"lə oyun öncəsi fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, turnirin pley-off mərhələsində qarşılaşdıqları "Qarabağ"da haqda da danışıb:

"Biz "Qarabağ"ı mübarizədən kənarlaşdırdıq. "Başakşehir" bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər, amma "Qarabağ"ı da qiymətləndirməliyik. Onlar Çempionlar Liqasının ilkin mərhələsində üç çempionu turnirdən kənarlaşdırdılar. Əslində onlar Avropa Liqasının qrup mərhələsini 2-ci pillədə bitirməyə layiq idilər. Ancaq "Frayburq"la görüşdə üstünlüklərini əldən verdilər. "Qarabağ"a qalib gələ bilirsənsə, fəxr etməlisən".

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın, Gentdəki cavab matçının əsas və əlavə vaxtı isə "Gent"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında "Gent" üstün (5:3) olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31