4 Iyun 2025, Çərşənbə
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi

Ölkə futbolu

“Keşlə”nin 169 günlük həsrəti bitdi

“Keşlə”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası qırılıb.

Futbolxeber.az saytının məlumatına görə, qəsəbə təmsilçisi XXIV turda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında ilk çempionat qələbəsini bayram edən bakılılar sonuncu dəfə IX turda üç xala sevinib. Ötən il noyabrın 7-də evdə “Qəbələ”ni 3:1 hesabı ilə üstələyən “Keşlə” 14 matçlıq qələbəsizliyə 169 gündən sonra son qoyub.

Bu, klub tarixinə yubiley uğuru kimi düşüb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda 350-ci qələbəsini qazanıb. İlk rəsmi matçını 1997/98 mövsümündə ölkə kubokunda keçirən bakılılar tarixinin 740-cı matçında 350-ci dəfə qalib gəlib. Bunlardan 274-ü Premyer Liqa, 52-si Azərbaycan kuboku, 16-sı avrokuboklar (1-i Çempionlar Liqası, 12-si Avropa Liqası, 3-ü İntertoto kuboku), 8-i Birlik kubokuna təsadüf edib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30