17 Oktyabr 2025, Cümə
Vaqif Cavadov “Tvente”nin düşərgəsində
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu

Ölkə futbolu

“Sumqayıt”dan alqışlanası addım

KLUB VƏTƏN MÜHARİBƏSİNDƏ QƏHRƏMANCASINA DÖYÜŞMÜŞ AZARKEŞİNİ İŞLƏ TƏMİN ETDİ

“Sumqayıt” alqışlanası addım atıb.

Futbolxeber.az saytının məlumatına görə, klub tərəfindən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş “Kimyaçı” fan-klubunun üzvü, “Sumqayıt”ın sadiq azarkeşi Mehman Rzayev işlə təmin olunub. Rzayev stadionda menecer kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən ay “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, idman direktoru Zamiq Hüseynov və baş məşqçisi Ayxan Abbasov 44 günlük Vətən müharibəsində ön cəbdədə döyüşmüş Mehman Rzayevlə görüşmüşdülər. Sadiq azarkeşə klub tərəfindən xatirə hədiyyəsi verilmişdi. Eləcə də kapitan Vurğun Hüseynov Mehman Rzayevə “Sumqayıt”ın formasını təqdim edilmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31