24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Koxalski “Qarabağ”dan rəsmən getdi

Mateuş Koxalskinin “Qarabağ”dan gedişi rəsmiləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.

Polşalı qolkiper karyerasını ölkəsində “Vyeçista” klubunda davam etdirəcək.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub. "Qarabağ" Mateuş Koxalskinin transferi ilə bağlı “Vyeçista” klubunun təklifinə futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandada Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

"Qarabağ" futbolçuya klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31