24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Bakı İqlim Həftəsi çərçivəsində "Neftçi"nin U-16 komandası üçün seminar keçirilib

Bakı İqlim Həftəsi çərçivəsində "Neftçi" Futbol Klubunun U-16 komandasının üzvləri üçün iqlim fəaliyyəti, ətraf mühitin qorunması və dayanıqlı futbol mövzusunda maarifləndirici seminar keçirilib.

Futbolxeber.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

"Palms Sports" Futbol Mərkəzində təşkil olunan tədbirdə iqlim dəyişikliyi və futbol, futbolun ətraf mühitə təsiri, gənc idmançılar üçün dayanıqlı həyat tərzi, su və enerjidən səmərəli istifadə, plastik və tullantıların azaldılması və təkrar emalı, futbol səfərlərində ekoloji məsuliyyət, eləcə də akademiyada dayanıqlı futbol mühitinin formalaşdırılması kimi mövzular müzakirə olunub.

Tədbirin əsas məqsədi gənc futbolçuların iqlim dəyişikliyi və dayanıqlılıq məsələləri üzrə maarifləndirilməsi, gündəlik həyatlarında və futbol fəaliyyətlərində tətbiq edə biləcəkləri ekoloji davranışların təşviq edilməsi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31