10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Mateuş Koxalski: "Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"

Mateuş Koxalski "Qarabağ"dan ayrılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı qolkiper Ağdam təmsilçisindən getməsi barədə yazıb:

"Qarabağ" mənə ölkə xaricində ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim. İndi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram. Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq, hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam".

Qolkiper yeni bir çağırışa hazır olduğunu, "Qarabağ"dan əvəzsiz təcrübə və xoş xatirələrlə ayrıldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, Mateuş Koxalski "Qarabağ"dan Polşanın "Vyeçista" klubuna transfer olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31