Ölkə futbolu
Qurban Qurbanov: "Öz qərarım idi, bunun səbəbini açıqlamağa ehtiyac yoxdu"
Millimizin baş məşqçisi Qurban Qurbanov U-21 yığmasının Norveçlə keçirdiyi Avropa çempionatının seçmə oyunundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- U-21 millisinin İsrail və Norveçlə keçirdiyi matçları izlədiniz. Gənclərdə perspektiv görürsünüz?
- Perspektivimizin olduğunu düşünə bilərik. Amma bu, digərlərində daha çoxdur. Elə Norveçlə İsraili buna misal gətirə bilərəm. Onların komanda və oyunçu potensialı bizdən qat-qat yuxarıdır. Hər birinin oynadığı komandalara baxsaq, inkişafa doğru gedirlər. Bizdə isə təlim-məşq toplanışında bir neçə oyun keçirib düzəlirlər və burdan gedəndən sonra bir ay ərzində baxsaq, 3-4 nəfər çempionatda ya oynayar, ya da yox. Qalanları isə birinci divizionda olur, ya da ehtiyatda vaxt keçirirlər.
- Millinin baş məşqçisi kimi düşünmürsünüzmü ki, bir neçə ildən sonra mən bu uşaqlarla nə edəcəyəm?
- "Hazırda ümidverici nə görünür" sualına cavab axtarsaq, "böyük bir şeyi bir neçə ilə əldə edəcəyimizi" söyləsək, yalan olar. Çünki rəqiblərimiz bizdən qat-qat sürətli inkişaf edirlər. Ona görə də bizdən bu gün üçün daha üstündürlər. Təbii ki, fərq edəcək. Ola bilsin, bir ildən sonra bu futbolçular daha yaxşı oynayacaqlar. Amma təəssüf ki, digər komandalar daha çox irəli gedəcək və yenə də səviyyə baxımından bizdən yuxarılarda olacaqlar.
- Həm əsas, həm də U-21 yığmasında oyun təcrübəsinin azlığını vurğulamısınız. Bunun çıxış yolu nədədir?
- Görünən odur ki, bu, 3-5 günün işi deyil. Bu oyunlara baxdıqdan və öz oyunlarımızı keçirdikdən sonra rəqib komandaların çempionatları ilə daha çox maraqlanmağa başlamışıq. Bu gün həddən artıq böyük işlər görülməlidir. Bəlkə də çox şeyi təzədən başlamaq, uzunmüddətli layihə götürüb, onun üzərində çalışmaq lazımdır. Fikrimcə, işbirliyi həddindən artıq çox və geniş miqyaslı olmalıdır.
- Sizcə, sıfırdan başlamaq, futbolçuları lazımi səviyyəyə çatdırmaq üçün ən azı 5 il vaxt lazım deyil?
- İş ondadır ki, 4-5 il əvvəl bu ölkələrdə çempionatın səviyyəsi elə də yüksək deyildi. Hətta bəzi liqaların səviyyəsi aşağı enmişdi. Lakin artıq onlar çox sürətlə irəliləyiblər, çempionatlarının səviyyələrini qaldırıblar və futbolçularını Avropa bazarlarına çıxarıblar. Bütün ölkələrin yığmalarına, ayrı-ayrılıqda futbolçularına baxsaq, hamısı çox yaxşı liqalarda çıxış edir. Lakin bizim əvvəllər çox yaxşı çempionatımız var idi, son vaxtlar isə zəifləməyə doğru gedir. Dəfələrlə qeyd etmişəm ki, 5-7 il əvvəlki çempionatımızdakı komandalar, rəhbər şəxslər, məşqçilər, legionerlər tam fərqli idilər. Heç biri digərindən geri qalmırdı. Belə bir şəraitdə yerli futbolçuların da səviyyələri istər-istəməz qalxmalı idi. Bunun da şahidi olurduq. Amma son vaxtlar çempionatımız zəifləməyə doğru getdi, səviyyəli legionerlər azalmağa başladı, bir neçə klubu AFFA maliyyələşdirməyə başladı. Belə problemlər davam etməkdədir.
- Kosovo və Malta ilə UEFA Millətlər Liqasının oyunlarında iki fərqli hissə izlədik. Bu, nə ilə əlaqədar idi?
- Bu gün nəsə desəm, bəlkə də şablon fikirlər olacaq. Futbolda belə epizodlar olur, belə hallara rast gəlinir. İnanmıram ki, həyəcanla bağlı olsun. Turnirə start verməmişdən öncə futbolçularda qrupu birinci pillədə başa vurmaq istəyi var idi. Bu, indi də var. Təbii ki, bunlar tələb olunanda həyəcan olur. Normal bir şeydir. Futbolun özəlliklərindən biridir.
- Ruslan Qurbanov Kosovaya qarşı oynasa da, Malta ilə oyunun 23-lüyünə salınmadı. Nəzərə alsaq ki, ipə-sapa yatmayan futbolçudur, onu heyətə salmamağınızın səbəbini açıqlaya bilərsiniz?
- Öz qərarım idi. Bunun səbəbini açıqlamağa ehtiyac yoxdur.
- “Qarabağ”ın Avropa Liqasıdakı oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsini istəmədiyiniz barədə məlumatlar var. Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmaq variantınız yenə var?
- Verilən qərarlar məsləhətləşdirilir. Ötən il Çempionlar Liqasındakı matçları da BOS-da keçirmişdik. Biz “Arsenal”la oyunu BOS-da, digər iki matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istədik. Amma UEFA-nın reqlamenti var. “Arsenal” və “Sportinq” Çempionlar Liqası səviyyəsində olan komandalardır. Bir oyunu burda, digərini başqa yerdə keçirmək düzgün deyil. Bu qərarda hamının razılığı olub. Ötən il Bakı Olimpiya Stadionunun azarkeşlərlə dolması ölkə başçısı tərəfindən də müsbət qarşılanmışdı. Bu qərar hamının razılığı ilə qəbul olundu.
- Barış Ekincieri özünüz üçün qeyd etdiniz?
- Qeydiyyatda olanlar var. Amma ad çəkmək düzgün olmaz. Hamının üstün və zəif cəhətləri qeyd edilib. Bir neçə oyunçu daim diqqətimizdədir (Report).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























