19 Fevral 2026, Cümə axşamı
Makmanaman “Qarabağ”ı tənqid etdi
Qurbanov məğlubiyyəti şərh etdi
Eddi Hau: “Dominant tərəf biz idik”
“Qarabağ”dan böyükhesablı məğlubiyyət

Ölkə futbolu

Arif Əsədov: “Neftçi”də əvəzedilməz futbolçu yoxdur”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Bruno Bertuççinin komandadan gedişini şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Əsədov klubun rəsmi saytına verdiyi açıqlamada deyib: “Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı. Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odur ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək."








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28