2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Neftçi"də yeni təyinat

Asif Əliyev “Neftçi” PFK-nın aşağı yaş qrupu komandalarının koordinatoru vəzifəsinə təyin edilib. Futbolxeber.az-ın məlumatına görə, klub rəhbərliyin və aşağı yaş qrupu komandalarının məşqçilərinin iştirakı ilə keçirilmiş iclasda Asif Əliyev komanda üzvlərinə təqdim olunub. Gənc mütəxəssis təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb: “Buna qədər U-17 və U-21 milli komandalarında köməkçi məşqçi vəzifəsini yerinə yetirmişəm. Bolqarıstanda “B”, Azərbaycanda isə “A” kateqoriyalı məşqçi kurslarını bitirmişəm. Əsas fəaliyyət sahəm isə yeniyetmə və uşaq futbolunun inkişafı və idarəolunmasıdır. Bu sahədə ali biliklərə yiyələnmişəm və dissertasiya müdafiə etmişəm. “Neftçi”yə klub prezidenti Sadıq Sadıqov tərəfindən dəvət olundum. Mənə göstərilən etimada görə klub prezidentinə təşəkkürümü bildirirəm. Klubda işləmək təcrübəsi mənim üçün yeni olsa da, çalışacağam ki, bildiklərimi burada da da tətbiq edim. Ümid edirəm ki, “Neftçi”də bundan sonra da Azərbaycan futboluna faydalı simalar bəxş edəcək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31