6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Xarici futbol

“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq İslandiyanın “Vestri” klubu ölkə çempionatının 1-ci liqasında (statusuna görə yüksək liqadan sonra) növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə “Qrindavik”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

Bu nəticədən sonra “Vestri” xalını 21-ə çatdırıb. Komanda 13 turdan sonra İslandiya I Divizionunun turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 9-da Bakıda, cavab görüşünü isə iyulun 16-da Reykyavikdə “Vestri”yə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31