18 May 2026, Bazar ertəsi
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
99 mükafat: 34 mövsüm, 21 komanda

Xarici futbol

DÇ-2026-nın 30-cu iştirakçısı müəyyənləşdi

DÇ-2026-nın seçmə mərhələsinin ötən gecə keçirilən matçlarından sonra daha bir komanda əsas mərhələyə vəsiqəni təmin edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Xorvatiya yığmasıdır.

Sözügedən milli L qrupunun 7-ci turunda Farer adaları üzərində 3:1 hesablı qələbə qazanıb. Bununla da xallarının sayını 19-a çatdıran xorvatlar son turun nəticəsindən asılı olmayaraq qrup birinciliyini təmin ediblər.

Xorvatiya millisi DÇ-2026-da iştirak hüququna yiyələnən 30-cu komanda olub.

Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar,  Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya və Fransa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar.

DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31