8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Deşam Azərbaycanla oyunla bağlı nə dedi?

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qalib gəldikləri (4:0) oyundan sonra Azərbaycanla Bakıda keçiriləcək matça da toxunub.

Futbolxeber.az saytının məlumatına görə, o, mətbuat konfransında deyib ki, Azərbaycan səfəri komandası üçün asan olmayacaq:

"Bu matça hörmətlə yanaşmalıyıq, amma sizdən gizlətmirəm ki, bu, cəmi üç günlük istirahətlə uzun səfərdir. Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun bir səyahət var. Bəzi futbolçular çox oynayıb. Səfərə kimin gedəcəyini hələ deməyəcəm".

Deşam həmçinin əlavə edib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı durumda olan Manu Kone Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Fransa görüşü noyabrın 16-da Tofiq Bəhramov adına Respublikda Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30