20 Noyabr 2026, Cümə
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə

Xarici futbol

Tyerri Anri: “Sosial şəbəkə lentim Azərbaycan bayraqları ilə dolu idi”

Futbol ekspertləri Tyeri Anri və Ceymi Karrager CBS Sports kanalında UEFA Çempionlar Liqasının I tur oyunlarını şərh edərkən “Qarabağ”ın Portuqaliya “Benfika”sı üzərində Lissabonda qazandığı (3:2) qələbəyə də toxunublar.

Futbolxeber.az saytının məlumatına görə, Fransa millisinin futbolçusu olmuş Tyerri Anri deyib:

“Bu həftə sosial şəbəkələrdə mənim lentim Azərbaycan bayraqları ilə dolu idi. Yuxudan oyananda minlərlə mesaj gördüm. Mən sadəcə həqiqəti deməyə çalışırdım. ‘Qarabağ’ həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Düşünürəm ki, əsas gücləri də budur”.

Qeyd edək ki, Anri “Benfika” ilə qarşılaşmadan əvvəl Ağdam təmsilçisinin sürpriz edəcəyini proqnozlaşdırmışdı.

Futbol eksperti Ceymi Karrager isə bildirib: “Əgər desəm ki, Tyerinin sosial şəbəkə hesablarında Azərbaycan bayraqlarını görəndə təəccüblənmədim, yalan danışmış olaram. O, artıq bütün Avropa üzrə proqnozlarını bölüşür. Mən onun ‘Qarabağ’ haqqında dedikləri ilə razıyam. Bu, həqiqətən təsiredici komandadır. Nizam-intizam və oyun keyfiyyəti, həm top ilə, həm də topsuz – məhz bu, onları digərlərindən fərqləndirir. Düşünürəm ki, əsas gücləri də budur” (azerisport.com).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30