4 Iyul 2026, Şənbə
DÇ-2026: 1/8 finalın bütün cütləri
"Sumqayıt"da braziliyalı qapıçı
“Qarabağ”dan bu yayın 7-ci transferi
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur

Xarici futbol

Millimizin baş məşqçisi: "Üzərində işləməli olduğumuz məqamlar var"

Azərbaycan U-19 qadın millisinin baş məşqçisi Həbib Ağayev Moldovanın paytaxtı Kişineuda təşkil olunan təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolxeber.az saytının o, yerli komanda ilə keçirilən yoxlama görüşlərini belə dəyərləndirib:

“Uğurlu təlim-məşq toplanışı keçdik. Planlaşdırılan məşqlərin yüksək səviyyədə reallaşması üçün hər cür şərait yaradılmışdı. Hər iki oyun bizim üçün çox faydalı oldu. Komanda fiziki və taktiki cəhətdən yaxşı hazırlaşdı. Ən önəmlisi yeni futbolçuların kollektivə uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiklərini görmək baxımından toplanış çox faydalı oldu. Təbii ki, üzərində işləməli olduğumuz məqamlar var. Bu hazırlıq da həmin çatışmazlıqları aradan qaldırmağa imkan yaratdı”.

Qeyd edək ki, U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31