8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Xarici futbol

“Real”ın yarımmüdafiəçisindən qalmaqallı açıqlama

“İNSAN HÜQUQLARININ TAPDALANDIĞI BU ÖLKƏDƏ MƏNİ HEÇ VAXT GÖRƏ BİLMƏYƏCƏKSİZ”

“Real”ın yarımmüdafiəçisi Toni Kross qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Futbolxeber.az saytının “Sports Illustrated”ə istinadən verdiyi məlumata görə, alman futbolçu heç vaxt Səudiyyə Ərəbistanıda çıxış etməyəcəyini bildirib: “Bəli, məni heç vaxt Səudiyyə Ərəbistanı klublarının heyətində görə bilməyəcəksiz. Bu ölkədə insan hüquqlarının tapdalanması səbəblərdən biridir”.

Kroos pul üçün Asiya ölkəsinə yollanan həmkarlarına söz atmağı da unutmayıb: “Hər kəs seçimində azaddır. Məsələn, Kriştianu Ronaldo karyerasının sonunda ora yollanmaq qərarına gəldi. Lakin mən Avropanın top-klublarında oynamağa qadir olan futbolçuların Səudiyyə Ərəbistanına yollanmasını anlamıram. Daha sonra bu insanlar bildirirlər ki, orda məqsədləri var. Halbuki hər şey pula görədir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31