13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Xarici futbol

"Dinamo"nun baş məşqçisi Mahirdən danışdı

Azərbaycan millisinin "Dinamo"da oynayan hücumçusu Mahir Emreli dünənki məşq prosesində narahatlıq hiss edib.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Zaqreb klubunun baş məşqçisi Sergey Yakiroviç bu gün jurnalistlərə açıqlamasında deyib. Xorvatiya liqasının 11-ci turunda "Dinamo" sabah "HNK Qoritsa"nın qonağı olacaq.

Oyun öncəsi təşkil edilən mətbuat konfransında bosniyalı mütəxəssis bildirib ki, M.Emreli dünənki məşq prosesində baldırında ağrılar hiss edib: "Bu, fiziki yorğunluqdan qaynaqlanır. Onunla bağlı hər şey yaxşı olacaq".

Qeyd edək ki, M.Emreli bu mövsüm Xorvatiya liqasında 8 oyunda meydana çıxıb. O, 3 qol vurub, daha 3 qolun isə ötürməsini verib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31