8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Xarici futbol

Millimizin hücumçusu "Srvena Zvezda"nın hədəfində

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Avropanın bir çox klublarının maraq dairəsindədir.
 
Futbolxeber.az saytının məlumataına görə, hazırda icarə əsasında "Hatayspor"da oynayan forvardın xidmətində maraqlı olanlardan biri də Avropada yetərincə tanınmış klubdur. 
 
Belə ki, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Srvena Zvezda"nın məşqçilər korpusu Renatı diqqətdə saxlayır. 
 
Onlar yaya qədər millimizin hücumçusunu izləyəcək. Əgər performansından razı qalsalar, transfer üçün "Qrasshopper"lə danışıq aparacaqlar.
 
Qeyd edək ki, Renat müqavilə ilə İsveçrə klubuna məxsusdur. O, iki həftə əvvəl "Hatayspor"a bir illik icarəyə verilib.  Xatırladaq ki, "Srvena Zvezda" ÇL-in G qrupunda "Yanq Boyz", "Mançester Siti" və "Leyptsiq"lə mübarizə aparır.
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31