5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Musa Qurbanlının komandası məğlub oldu

İsveç çempionatında 23-cü tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" də növbəti matçına çıxıb.

Komanda öz meydanında "Varnamo" ilə qarşılaşıb. Görüş "Varnamo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

M.Qurbanlı da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Yurqorden" 40 xalla 4-cü pillədə qərarlaşır və lider "Elfborq"dan (22 oyun) 8 xal geri qalır. "Varnamo" isə 32 xalla 7-cidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31