21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Xarici futbol

“Roma” 1 ildən çoxdu meydana çıxmayan futbolçunu icarəyə götürə bilər

Meyson Qrinvud “Mançester Yunayted”dən ayrıla bilər.

Futbolxeber.az saytının “The Sun”a istinadən verdiyi məlumata görə, “Roma” ingilis forvardı icarəyə götürmək istəyir.

Bildirilir ki, İtaliya klubunun baş məşqçisi Joze Mourinyo 21 yaşlı futbolçunun atası ilə əlaqə saxlayaraq, mümkün keçidi müzakirə edib.

Qeyd edək ki, Qrinvud 2022-ci ilin yanvarından meydana çıxmır. Həmin vaxt futbolçu birlikdə olduğu qızı zorlamaqda ittiham olunaraq həbs edilmişdi. Lakin sonradan Mançester polisi araşdırmaların yekunlaşdığını və Meysonun günahsız olduğunu bəyan etdi. Buna baxmayaraq, “Mançester Yunayted” klubdaxili araşdırma apardığını əsas gətirərək futbolçunu heyətə qaytarmayıb.  

Qeyd edək ki, Qrinvudun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilə kimidi.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31