2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

"Skenderbeu"nun "Neftçi" üzərindəki qələbəyə görə 100 min mükafat alacağı təsdiqləndi

“Sözümün üstündə dururam. “Neftçi”ni keçdik və qələbəyə görə komandaya 100 min avro mükafat verəcəyimi təsdiqləyirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay deyib.

O bildirib ki, “ağ-qaralar”a öz meydanlarında keçirilən matçda qazandıqları qələbəyə görə təkcə özü yox, hamı razı qalıb: “Biz 120 dəqiqədə intensiv oynadıq, əzmkarlığımızı göstərdik. Buna görə futbolçulara minnətdarlıq etmək istərdim. Çünki onlar çox güclü rəqiblə oyunda nəticə qazandılar. Bu tarixi uğur təkcə klubumuzun yox, bütün Albaniya futbolunundur. Növbəti təsnifat mərhələsinə çıxmağımız çox vacibdir. Həyəcanlı olduğumdan, çox danışa bilmirəm. Ancaq onu deyə bilərəm ki, düzgün yoldayıq. “Neftçi” ilə oyun nə qədər çətin olsa da, bu, artıq arxada qalıb. İndi növbəti rəqiblə oyunu düşünməliyik”.

Qeyd edək ki, “Neftçi”ni əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub edən “Skenderbeu” III təsnifat mərhələsində Qazaxıstan “Şaxtyor”u ilə üzləşəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31