5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Argentina DÇ-2018-dən kənarda qala bilər

Futbol üzrə Dünya çempionatı - 2018-in təsnifat mərhələsi çərçivəsində sonuncudan əvvəlki, 17-ci turun matçında Argentina millisi öz meydanında Peru ilə qolsuz heç-heçə edib - 0:0.
 
Futbolxeber.az-ın məlumatına görə, xal itkisi nəticəsində Xorxe Sampaolinin yetirmələri Cənubi Amerika seçmə qrupunun turnir cədvəlində DÇ-2018-in final mərhələsinə çıxmaq hüququ verməyən 6-cı pilləsinə enib.
 
Argentina ilə eyni xala malik Peru yığması (25 xal) əlavə göstəricilərə görə Messinin komandasını qabaqlayır və "play-off"a düşmə imkanı verən 5-ci yerdə qərarlaşıb.
 
Turun digər qarşılaşmalarında Boliviya və Braziliya, həmçinin Venesuela və Uruqvay qolsuz heç-heçə ilə kifayətləniblər, Çili komandası öz meydanında Ekvadoru 2:1, Paraqvay isə səfərdə Kolumbiya üzərində 1:0 hesablı qələbə qazanıb.
 
Cənubi Amerika üzrə DÇ-2018-in final mərhələsinə ilk dörd yerin sahibi birbaşa vəsiqə qazanacaq. Beşinci yeri tutan komanda isə Okeaniya təmsilçisi ilə "play-off" matçına çıxacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31