4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Xarici futbol

Qabriel Batistuta “Qarabağ”ın oyununda olacaq

“Fiorentina” klubunun əfsanəvi futbolçusu olmuş Qabriel Batistutaya Florensiya şəhərinin fəxri vətəndaşlığı veriləcək.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, “Batiqol” ləqəbli argentinalı hücumçuya bu adın təqdimetmə mərasimi sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsinin “Fiorentina” - “Qarabağ” oyunundan əvvəl keçiriləcək. Bu məqsədlə sentyabrın 28-də Batistuta Florensiyaya gedəcək.

Qeyd edək ki, Argentina millisinin də üzvü olmuş Qabriel Batistuta 1991-2000-ci illərdə “Fiorentina”nın şərəfini qoruyub. O, bu komandada keçirdiyi 269 oyunda 168 qol vurub və klubun canlı əfsanəsi sayılır. “Batiqol”un şərəfinə Florensiyada heykəl ucaldılıb. O, 2005-ci ildə futbolçu karyerasını başa vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31