4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Xarici futbol

“Barselona”nın prezident postuna namizədlər Arda ilə bağlı razılığa gəldilər

“Barselona”nın prezident postuna namizədlər Arda Turan ilə bağlı razılığa gəliblər. Futbolxeber.az-ın məlumatına görə, Jozep Bartomeu, Joan Laporta, Aqusti Benedito və Toni Freyşa canlı efirdə teledebat zamanı qərar qəbul ediblər ki, kimin prezident seçilməsindən asılı olmayaraq türkiyəli futbolçu komandada qalacaq. O, yenidən “Atletiko”ya satılmayacaq.

Xatırladaq ki, Kataloniya klubu 28 yaşlı futbolçuya görə “Atletiko”ya 40 milyon avro ödəməlidir. Sözləşmədəki xüsusi bəndə görə, “Barsa”nın yeni prezidenti Türkiyə millisinin üzvünün alışındanimtina ed bilərdi. Lakin əldə edilən razılıqdan sonra Arda Turanın “Barselona”da qalacağını əminliklə söyləmək olar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31