4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

“Qarabağ”ın rəqibi yeni hücumçuya güclənmək istəyir

“Syena”nın keçmiş hücumçusu İnnosent Emeqara karyerasını “İnter”də davam etdirə bilər. Futbolxeber.az-ın məlumatına görə, “İnter” artıq 25 yaşlı futbolçuyla danışıqlara başlayıb. Amma Milan təmsilçisi Emeqaranın yeganə müştərisi deyil. Belə ki, “Latsio”, “Torino” və “Frayburq” da İsveçrə millisinin üzvünün xidmətində maraqlıdır.  

Qeyd edək ki, icarə əsasında son mövsümü “Livorno”da keçirən Emeqara, müqavilə ilə “Syena”ya məxsus olsa da, bu klubun müflis elan olunaraq D seriyasına göndərilməsindən sonra azad agent statusu alıb.

Əlavə edək ki, “İnter” Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibidir. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31