3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Oğuz Çətin: “Fatih Terim heç vaxt mənə dəstək olmadı”

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Türkiyə millisinin çalışdırıcısı Fatih Terimi tənqid edib. Futbolxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çətin yığmada bir müddət birgə işlədiyi Terimin başqa məşqçilərin yolunu kəsdiyini bildirib: “2005-ci ildə Türkiyə millisində işləməyə başladım. O zaman Terim komandadan getdikdən sonra yığmanı mən və ya məşqçi heyətindəki şəxslərdən birinin çalışdıracağını düşünürdük. Ancaq Fatih Terim Türkiyə millisi ilə yolları ayırdıqdan sonra onun əvəzinə Quus Hiddink gətirildi. Hiddinklə də o getdikdən sonra baş məşqçi olacağımı düşündüyüm üçün işlədim. Millinin 80 matçında komandanın məşqçilərindən biri olmuşam. Ancaq bu təcrübəm heç kəs tərəfindən dəyərləndirilmədi. Fatih Terim heç vaxt mənə dəstək olmadı. Mənim yığmada baş məşqçi kimi işləməyimi istəmədi. Ancaq Mustafa Dənizli onun kimi deyil. Fatih Terim, Quus Hiddink, Abdullah Avcıdan sonra niyə Aykut Kocaman, Ertoğrul Sağlam kimi gənc məşqçilər millidə işləməsin? Ölkədə elit məşqçilərin sayını artırmaq lazımdır. Yalnız Fatih Terimi yığmaya gətirmək düzgün deyil. Elit məşqçilərin sayı artsa, ölkə futbolu da inkişaf edəcək".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31