6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Digər idman növləri

VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək

Noyabrın 1-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək.

Futbolxeber.az saytına bu barədə nazirlikdən məlumat verilib.

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş tədbir "Qürurla irəli!" şüarı altında təşkil olunacaq.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürəcəklər. 10 kilometr məsafəni əhatə edəcək qaçış saat 10:00-da başlayacaq. Finiş xəttini ilk keçən iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Oktyabrın 31-də isə tədbir ərazisində fan-zona fəaliyyət göstərəcək. Burada qonaqlar üçün müxtəlif əyləncələr və maraqlı proqramlar təqdim olunacaq.

Qaçışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Yerlər məhdud olduğundan iştirakçı sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq dayandırılacaq. İştirak üçün qeydiyyat zamanı 20 manat ianə ödənilməlidir.

Toplanan vəsait "YAŞAT" Fonduna köçürüləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31