6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan milli üzvü birdənqaldırma hərəkətində 91 kq çəkini ram edərək bürünc mükafat əldə edib.

Rüstəmli təkanlaqaldırmada daha yaxşı çıxış edib. Bu dəfə 110 kq ağırlığı başı üzərinə qaldıran təmsilçimiz gümüş medala sahib olub.

Beləliklə, iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd Rüstəmli toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, medalçıların mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31