6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək

Beynəlxalq dərəcəli hakim Fuad Ağayev qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatında ədaləti qoruyacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Voleybol Federasiyası açıqlama yayıb.

Ağayev 21-28 avqust tarixlərində İstanbulda baş tutacaq A qrupunun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi söz sahibi olacaq.

Qeyd edək ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Ölkəmizdə C qrupunun oyunları təşkil olunacaq. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları  yer alıb. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31