20 Noyabr 2026, Cümə
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə

Digər idman növləri

Sentyabrda taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 21-24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar, həmçinin 16-21 yaşlılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Futbolxeber.az saytının Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 4 gün davam edəcək yarışda müxtəlif şəhər və rayonların idman klubları və cəmiyyətlərinin təmsilçiləri mübarizə aparacaqlar.

Uşaqlar arasında ölkə birinciliyində 2015-2017-ci il, 16-21 yaşlılar arasında isə 2005-2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Turnirin ilk iki günündə uşaqlar, son iki gündə isə 16-21 yaşlılar arasında görüşlər keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30