20 Noyabr 2026, Cümə
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə

Digər idman növləri

Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirib.

Futbolxeber.az saytına bu barədə qurumdan məlumat verilib.

Görüşdə yarışda iştirak edən və ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanan paracüdoçular - İlham Zəkiyev, Saleh Sultanov, Dürsədəf Kərimova və Xatirə İsmiyeva, eləcə də kişi və qadın milli komandalarının baş məşqçiləri - İbrahim İbrahimov, Ramin İbrahimov və komandanın digər üzvləri iştirak ediblər.

Toplantı zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı beynəlxalq turnirlər və gələcək hədəflər müzakirə olunub. Həmçinin milli komandanın uğurlarının davamlılığının təmin edilməsi, hazırlıq prosesinin daha da təkmilləşdirilməsi və idmançıların inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasının yeni nəsil paracüdoçuların yetişdirilməsi baxımından böyük motivasiya mənbəyi olduğunu qeyd edib. O, idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30