3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Güləşçimiz dünya üçüncüsü oldu

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31