3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

3 güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın 3 güləşçisi U-20 dünya çempionatının yarımfinalına yüksəlib.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarımfinala vəsiqə qazananlardan 2-si yunan-Roma, 1-i isə qadın güləşçisidir.

Yunan-roma güləşçisi Ayxan Cavadov (60 kq) fransalı Maqomed Varayevə (9:0) və braziliyalı Pedro Enrike de Souza Rodriqesə (6:2) qalib gələrək yarımfinala adlayıb. O, bu mərhələdə iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.

Digər yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) gürcüstanlı Luka Pipiya (8:0), yaponiyalı Rondo Kodama (8:0) və özbəkistanlı Bekmurod Rustamovu (1:1 - ilk xal prinsipi) üstələyərək yarımfinala yüksəlib. İdmançının növbəti rəqibi belaruslu Kiril Valevski olacaq.

Qadın güləşçilərin mübarizəsində Zəhra Kərimzadə (53 kq) türkiyəli İlayda Çini "tuş"la məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda hindistanlı Tanu Şarma ilə qarşılaşacaq.

Esra Məmmədli (72 kq) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya məğlub olub (1:7).

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31