8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Digər idman növləri

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

Almaniyanın Heydelberq şəhərində keçirilmiş paracüdo üzrə Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Futbolxeber.az saytına Milli Paralimpiya Komitəsindən bildirilib ki, 1 qızıl və 3 bürünc medal əldə edən paracüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Azərbaycan yığmasının heyətində J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində çıxış edən İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub. Təcrübəli idmançı ötən il qazandığı titulunu qoruyub.

Dürsədəf Kərimova (+70 kiloqram, J2), Xatirə İsmiyeva (+70 kiloqram, J1) və Saleh Sultanov (81 kiloqram, J1) isə turniri bürünc medalla başa vurublar.

Saleh Sultanov üçün bu, Avropa çempionatında qazandığı ilk medal olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30