8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Digər idman növləri

Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər.

Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Milli üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib. O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.

Hər 3 görüş avqustun 16-da keçiriləcək.

Qeyd edək ki, çempionatın ilk günündə də millimizin 3 boksçusu qələbə qazanıb. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30