4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Digər idman növləri

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Yeniyetmə cüdoçular arasında Naxçıvan Muxtar Respublikası birinciliyi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yarışda 13 çəki dərəcəsi üzrə 75 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilib. Federasiyanın beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Bəhriyyə Hüseynova yarışda hakimlik ediblər.

Nəticələrə əsasən, qızlar arasında Zəhra Allahverdiyeva (28 kq), Aylin Əlizadə (32 kq), Ləman Bağırova (40 kq), Yasəmən Əliyeva (57 kq) və Aynur Xəlilova (63 kq), oğlanlar arasında isə Bilal Quliyev (34 kq), Ayaz Əliyev (38 kq), Mətin Salahov (42 kq), Məhəmməd Yusifzadə (46 kq), Vəli Əliyev (50 kq), Sadiq Quluzadə (55 kq), Əli İsmayılov (66 kq) və Elmar Qasımlı (+66 kq) müvafiq çəki dərəcələri üzrə birinci yerə sahib çıxıblar.

Sonda ilk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31