30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

3 boksçumuz Dünya Kubokunun yarımfinalında

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.

Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Boksçumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.

Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.

Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.

Yarımfinal döyüşləri iyunun 20-də olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30