4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Digər idman növləri

"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib

Şəki şəhərində iyunun 19-da "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarışın təşkilatçısı Təbriz İdrisov və Vahid Mustafayev çıxış edərək iştirakçıları salamlayıb, festivalın əhəmiyyətindən və Azərbaycanın şahmat ənənələrindən bəhs ediblər.

Fəxri qonaqlar sırasında Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov da yer alıb.

Daha sonra festivalın baş hakimi, beynəlxalq hakim Şaiq Quliyev yarışın qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.

Festivalda Azərbaycanla yanaşı, Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar olmaqla 9 ölkədən 400-dən çox iştirakçı mübarizə aparır.

Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarış iştirakçıları A, B və C qruplarında, həmçinin rapid və blits turnirlərində gücünü sınayacaq.

Turnirin reytinq favoriti Macarıstan təmsilçisi, beynəlxalq qrossmeyster Sanan Sjugirovdur (2556).

Festival peşəkar şahmatçılarla yanaşı, gənc istedadların inkişafı üçün mühüm platforma hesab olunur. Yarışda beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları və müxtəlif yaş kateqoriyalarında çıxış edən perspektivli şahmatçılar iştirak edirlər.

"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalı iyunun 25-dək davam edəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31