30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC təşkilatı ilə müqavilə imzalayıb.

Futbolxeber.az saytına Bakı Şəhər Halqasından bildirilib ki, yarımorta çəki dərəcəsində çıxış edən idmançı iyunun 27-də Bakıda keçiriləcək UFC turnirində oktaqona çıxacaq. Onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq. Bununla da, Tahir Abdullayev UFC ilə müqavilə bağlayan beşinci azərbaycanlı döyüşçü kimi tarixə düşüb.

Milli Gimnastika Arenasında təşkil olunacaq UFC gecəsinin əsas döyüşündə azərbaycanlı Rafael Fiziev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. İkinci əsas görüşdə isə orta çəkidə Şarabutdin Maqomedov Mişel Pereyra ilə üz-üzə gələcək.

Turnir çərçivəsində daha iki Azərbaycan təmsilçisi – Nazim Sadıxov və Fərman Həsənov da qüvvəsini sınayacaq. Onların rəqibləri müvafiq olaraq braziliyalı Mateus Kamilo və amerilkalı Erik Nolan olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30