30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30