4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

"Bakı-Xankəndi": Dördüncü mərhələnin qalibi italyan oldu

İtaliyalı Marko Manenti "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, o, 152,7 kilometr məsafəni birinci başa vurub.

"Bardiani CSF 7 Saber" komandasının üzvü məsafəni 3 saat, 11 dəqiqə, 46 saniyəyə qət edib. "Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31